Tehrandan müharibə açıqlaması: "Həm hərbi, həm də siyasi baxımdan qalib gəldik"
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin ABŞ və İsraillə münaqişədə faktiki olaraq qalib gəldiyini bildirib. Loading.Az
xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Qalibafın sözlərinə görə, ABŞ və İsrail münaqişə başlamazdan əvvəl qarşılarına qoyduqları heç bir məqsədə nail ola bilməyiblər.
"Bunu ürəkdən deyirəm: biz bu müharibəni həm hərbi, həm də siyasi baxımdan qazandıq", - deyə o bildirib.
Lakin Qalibaf vurğulayıb ki, İranın qələbəsi ABŞ Silahlı Qüvvələrinin tam məğlubiyyəti anlamına gəlmir. Onun sözlərinə görə, Tehranın əsas üstünlüyü ABŞ və İsrailin münaqişə başlamazdan əvvəl bəyan etdikləri məqsədlərə çata bilməməsidir.






