Gürcüstanda Rusiya ilə əlaqələrə cavabdeh şəxs vəzifəsini tərk edib
Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Kajaia könüllü olaraq istefa verib. Loading.Az xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlama verib.
"Hazırda bu vəzifə boşdur. Cənab Kajaia başqa əraziyə köçüb və vəzifəsini könüllü olaraq tərk edib", - deyə siyasətçi bildirib.
Qeyd edək ki, Gürcüstanın Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi ticarət, nəqliyyat, iqtisadi və siyasi məsələlərə nəzarət edir.






