Hörmüz boğazındakı gərginlik ABŞ-da siyasi risk yaradır
İran yaxınlığında Hörmüz boğazını blokadaya alan "USS Abraham Lincoln" aviadaşıyıcısı ilə bağlı vəziyyətin "strateji fəlakətə" çevrildiyi bildirilir. Loading.Az
xəbər verir ki, bu barədə ABŞ-ın 1989-1992-ci illərdə Səudiyyə Ərəbistanındakı keçmiş səfiri, Braun Universitetinin Beynəlxalq və İctimai Siyasət üzrə Vatson İnstitutunun qonaq elmi işçisi Çaz Friman Lenta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunun İrana və İsrailin digər qonşularına qarşı müharibələrini dəstəkləməsi nəticəsində yaranan strateji fəlakətin miqyası artıq Amerika ictimaiyyəti üçün aydın görünür.
Friman həmçinin vurğulayıb ki, ABŞ Hərbi Dəniz Qüvvələri ətrafında yaranan qalmaqal Trampın ictimai dəstək göstəricilərinə və Respublikaçılar Partiyasının bu il keçiriləcək ara seçkilərdəki perspektivlərinə mənfi təsir göstərə bilər.






