İranla müharibə Somali quldurlarını yenidən fəallaşdırdı
İranla müharibə Afrika sahillərində ticarət gəmilərinə hücumları artıran Somali quldurlarının yenidən fəallaşmasına səbəb olub. Loading.Az
xəbər verir ki, bu barədə "Politico" ekspertlərə və rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, quldurlar son vaxtlar neft və gübrə daşıyan ən azı üç tankeri ələ keçiriblər. Bu məhsulların qiyməti Hörmüz boğazında yaranan tıxaclar səbəbindən artıb.
Bundan əlavə, iyul ayında Yəmən sahillərində kimyəvi maddələr daşıyan bir gəmi də qaçırılıb.
Qaçırılan tankerlərin Somali sahillərində saxlanıldığı, onlarla ekipaj üzvünün isə girov götürüldüyü bildirilir.






