ice berg

ice berg Məsləhətlər 25-08-2026, 16:00

Uzunömürlülüyə aparan ən qısa yol: Həkimdən maraqlı məsləhət

Uzunömürlülüyə aparan ən qısa yol: Həkimdən maraqlı məsləhət

Pilləkənlərlə addımlamaq (aşağı-yuxarı gəzmək) uzunömürlülüyə aparan ən qısa yoldur.

 

Loading.Az-ın xəbərinə görə, bu barədə endokrinoloq Zuxra Pavlova öz "Telegram" kanalında danışıb.

 

Həkim bu tip fiziki aktivliyin faydalarını açıqlayıb.

 

Zuxra Pavlovanın sözlərinə görə, elmi cəhətdən təsdiqlənib ki, pilləkənlərlə gəzmək ürək xəstəliklərindən ölüm riskini 39 faiz, bütün səbəblərdən ölüm riskini isə 24 faiz azaldır, eləcə də infarkt, insult və ürək çatışmazlığından qoruyur. Həkim iddia edir ki, cəmi bir neçə mərtəbə pilləkənlərlə gəzmək kifayətdir, əsas məsələ bunu müntəzəm etməkdir.

 

Bu cür fiziki yüklənmə zamanı dizləri qorumaq üçün isə Zuxra Pavlova pilləkənlərlə piyada yuxarı qalxmağı, aşağı isə liftlə enməyi təklif edib. O əlavə edib ki, əgər insanın ciddi ürək problemləri varsa, yalnız bir pillədən başlamalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
67 72 66 82 61 73

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.