Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 21-11-2017, 15:01

Sabah yağış, sulu qar yağacaq

Sabah yağış, sulu qar yağacaq
Sabah yağış, sulu qar yağacaq



Bakı və Abşeron yarımadasında noyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz 13-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
542 508 455 442 473 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.