Mən sonra anladım ki
Mən sonra anladım ki,
göyə kəndir atanda,
suya girib batanda,
Gərək boğulmayasan..
Mən sonra anladım ki,
dünyaya göz açanda,
yürüyüb və qaçanda,
Gərək doğulmayasan.
Mən sonra anladım ki,
evin viran qalanda,
ürəyin qırılanda,
Gərək dağılmayasan.
Mən sonra anladım ki,
Hə, bir az gec anladım,
Öz-özümü danladım.
Gedən sağ ol deyəndə,
Gərək sağ olmayasan..
• Nail Zeyniyev/ Peşmanlıq Nəğmələri







