Həsrətin gecələr yandırır məni.
Saçına, qaşına vurgun olduğum
Tək sənin önündə durğun olduğum
Ay sənin eşqinə uyğun olduğum
Həsrətin gecələr yandırır məni
Eşqimiz gizlidi, qasidsən mənə
Uzaqda olsanda, aidsən mənə
Özündə bilirsən, şahidsən mənə
Həsrətin gecələr yandırır məni
Bu eşqdə yalan yox, düzgün deyirik
Bilirəm bu sözü üzgün deyirik
Mən sənə, sən mənə hər gün deyirik
Həsrətin gecələr yandırır məni
Bu həsrətdə bitər, şair döz deyir
Bunu ürək deyir, bunu göz deyir
Elqayıt şeirlə, sənə söz deyir
Həsrətin gecələr yandırır məni..






