ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 23-09-2026, 22:18

Azərbaycana payız gəldi

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb.

Sun.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, bu an “payız bərabərliyi” adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomik yaz başlayıb.

Payızın başlaması ilə Şimal yarımkürəsində gündüzlər tədricən qısalacaq, gecələr isə uzanacaq.

Məlumata görə, 2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək.

Astronomik payız dekabrın 22-də baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Bundan sonra Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
30 36 46 44 49 39

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.