ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman 4-10-2026, 20:49

"Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

"Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Bakıda “Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında yoxlama oyunu keçirilib.

Cin.az  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Nqolo Kante (60) və Çağrı Balta (75) vurub.

Matçı Rəvan Həmzəzadə idarə edib.

Qarşılaşmadan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

“Turan Tovuz” və “Fənərbağça” klubları daha əvvəl də qarşılaşıblar. Komandalar 1994-cü ildə UEFA Kubokunda üz-üzə gəliblər: avqustun 9-da İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda.

Beləliklə, tərəflər 32 ildən sonra bu dəfə yoldaşlıq oyunu çərçivəsində yenidən yaşıl meydanda münasibətlərə aydınlıq gətiriblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
41 25 40 33 41 34

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.