ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Müxtəlif 7-10-2026, 23:43

Bu ölkə “Avroviziya”da iştirak etməyəcək

Bu ölkə “Avroviziya”da iştirak etməyəcək

Çexiya 2027-ci ildə “Avroviziya” mahnı müsabiqəsinə qatılmayacaq.

Cin.az xəbər verir ki, bu barədə Çex Televiziyası məlumat yayıb. Qərarın təşkilati tələblər və büdcəyə düzəlişlərin zəruriliyi ilə bağlı olduğu bildirilib.

Çex Televiziyası 2027-ci il müsabiqəsinin yayım lisenziyasını da almayacaq. Buna görə tamaşaçılar yarışmanı “Avroviziya”nın yutub kanalında izləyə biləcəklər.

Qeyd edək ki, Çexiya müsabiqədə ilk dəfə 2007-ci ildə iştirak edib. Ölkənin ən yaxşı nəticəsini 2018-ci ildə Mikolas Yozef əldə edib. O, müsabiqədə 6-cı yeri tutub.

Xatırladaq ki, “Avroviziya-2027” Bolqarıstanın Burqas şəhərində təşkil olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
50 39 58 67 47 51

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.