Kukulka

Kukulka Mətbəx 25-11-2017, 13:00

Ləzzətli alman tortu - RESEPT

Ləzzətli alman tortu - RESEPT




Ləzzətli alman tortu - RESEPT

Mağazadan alınan tortların dadını bəyənməyənlər onu evdə özləri hazırlamaq istəyirlər. Bizde sizə evdə hazırlaya biləcəyiniz ləzzətli alman tortunun reseptini təqdim edirik


Lazım olanlar:

3 yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
3 stəkan duru yağ
Qabartma tozu

Kremi üçün:

Yarım litr süd
3 qaşıq un
1 stəkan şəkər tozu
1 yumurta
1 qaşıq kərə yağı
Vanil
Marmelad

Hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər tozunu çalaraq köpükləndirin. Süd, un, yağ və qabartma tozunu əlavə edərək, keks xəmiri yaradın. Xəmiri yağlanmış soba qabına töküb 160 dərəcədə əvvəlcədən isidilmiş sobada üzəri qızarana qədər bişirin. Bişəndən sonra sobadan çıxarıb soyudun.

Kremin hazırlanması:

Kremini hazırlamaq üçün ərzaqları qazanda tündləşənə qədər qarışdıraraq bişirin. Krem hazır olduqda keksinizi ortadan iki hissəyə bölün. Arasına bütün kremi töküb yayın. Üzərinə istədiyiniz qədər marmelad tökün. Keksin üst qismini bağlayın və pudra şəkəri ələyin. Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
665 590 591 496 548 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.