ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 22-10-2026, 22:04

Yumurtanın maya dəyəri azalıb, qiymətlər artıb

Yumurtanın maya dəyəri azalıb, qiymətlər artıb

Azərbaycanda kənd təsərrüfatı müəssisələrində yumurtanın istehsal maya dəyəri azalsa da, satışının rentabelliyi yüksəlib.

Sun.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ildə müəssisələrdə min ədəd yumurtanın istehsal maya dəyəri 88,69 manat təşkil edib. Bu göstərici 2024-cü ildə 90,89 manat olub.

Beləliklə, min yumurtanın istehsal xərci bir ildə 2,20 manat və ya təxminən 2,4 faiz azalıb. Bir yumurtanın orta istehsal maya dəyəri isə təxminən 8,9 qəpik təşkil edib.

Eyni dövrdə yumurta satışının rentabelliyi 21,8 faizdən 42,6 faizə yüksəlib. Bu, 20,8 faiz bəndi artım deməkdir.

Qeyd edək ki, göstəricilər kənd təsərrüfatı müəssisələrinin fəaliyyətini əhatə edir. İstehsal maya dəyəri yumurtanın mağazalardakı satış qiymətini, rentabellik göstəricisi isə pərakəndə satıcıların qazancını ifadə etmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
20 29 15 35 28 37

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.