Kukulka

Kukulka Mətbəx 27-11-2017, 16:00

Ağız dadınız üçün fərqli ləzzət – BALQABAQLI KEKS

Ağız dadınız üçün fərqli ləzzət – BALQABAQLI KEKS




Mətbəxdə fərqli təamlar yoxlamaq istəyənlər üçün əla reseptimiz var. Adət olunanın əksinə olaraq, bu dəfə siz tərəvəzli bir keks bişirə biləcəksiniz. Bizde balqabaqlı keksin hazırlanma qaydasını təqdim edirik.

Lazım olanlar:

1 stəkan balqabaq püresi
1 stəkan süd
2 yemək qaşığı bal
1 stəkan şəkər tozu
2 yumurta
3 stəkan un
1 yemək qaşığı qabartma tozu
1 çay qaşığı soda
3 çay qaşığı duz
1 çay qaşığı darçın
1 çay qaşığı üyüdülmüş mixək
4 yemək qaşığı kərə yağ

Hazırlanması:

Sobanı 200 dərəcədə isidin. 12 ədəd keks qabını yağlayın. Bir qabda balqabaq püresini, südü, balı, şəkər tozunu və yumurtaları qarışdırın. Böyük bir qabda unu, qabartma tozunu, sodanı, duzu və ədviyyatları qarışdırın. Kərə yağını və duru ərzaqları da birləşdirərək çırpın. Xəmiri keks qablarına qaşıq yardımı ilə doldurun. 20-25 dəqiqə sobada bişirin. Sobadan çıxarıb 10 dəqiqə qəliblərində soyudun. İlıq ikən kərə yağı ilə servis edin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
572 614 564 570 610 591

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.