Nə danışım ondan sənə?!

Az qəlbində onu danla,
Birdəfəlik dərk et, anla.
Sevmədiyi bir ins]anla,
Qəlbinə yad bir oğlanla,
Məcburi toyla, nişanla
Kədərli bir toyu olub
Yanaqları dərddən solub,
Nə əvvəlki gülüş qalıb,
Nə parlayan gözlər qalıb.
Səni tez-tez yada salıb.
Dəfələrlə gözü dolub.
Hərəkətsiz dayanmağı,
Bəhanəydi utanmağı.
Qonaqlara qaynamayıb,
Əl qaldırıb oynamayıb
Hətta gəlin havasına,
Vağzalının sədasına,
Ata xeyir duasına
Tir-tir əsirmiş bədəni
Gizlin, hünərsiz-hünərsiz,
Yenə özündən xəbərsiz
Gözləri gəzirmiş səni
Desə də unutsun məni,
Yenə umid baglayıbmış.
Sənin sonsuz məhəbbətin,
Odlu-alovlu həsrətin
Yazığa cəkdirib nələr?!
Ən azı səninki qədər
Urəyini daglayıbmış,
Hönkürtüylə ağlayıbmış.
Nə fayda var, bundan sənə?!
Nə danışım ondan sənə?!
Olan olub, kecən kecib.
O məcbur bu yolu secib.
O ki, şərbət masasında
Sənsizliyi dadıb, icib!
Daha sənin urəyindən
Yad ocağa gəlin köcüb!
Qucağında körpəsi var,
Yanında bir özgəsi var.
Bilmək olmaz, yaxşı ya pis,
Oz evi, öz ailəsi var!
Qayğıları coxdu daha.
O şıltaqlıq yoxdu daha.
Duymur sənin sorağını,
Puc edib hər marağını,
Söndürüb eşq ocağını
Ozgə evdə cıraq tutub.
Hər dərdin uşaq ovudub.
Vəəə...
Və səni çooxdan unudub!
Bu sözmdən sonra yenə
Nə danışım ondan sənə???
Nə danışım ondan sənə!






