Kukulka

Kukulka Xəbərlər 5-12-2017, 14:29

Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək

Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək




Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, dekabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüzdən başlayaraq isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
581 614 518 592 590 584

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.