_Yildiz1_

_Yildiz1_ Bürclər 6-12-2017, 15:01

6 Dekabr Bürclər

6 Dekabr Bürclər
6 Dekabr Bürclər



06 Dekabr 2017-ci il. Günün
qoroskopu. bu gün tələsiklik
tələb edən işlər alınmayacaq



Qoç - çətinliklər sizi
qorxutmayacaq, əksinə həvəs
verəcək və qeyri-standart
qərarlar verməyə vadar edəcək.
Buna baxmayaraq, gün sakitlik
və sabitliyə üstünlük verənlərin
ürəyincə olmaya bilər.
Hansısa məqsədinə çatmaq
üçün istifadə edə biləcəyiniz
uğurlu təsadüflər ehtimalı var.
Komfortlu emosional fon yaxşı
ovqat bəxş edəcək, özünüzü
yaxşı hiss edəcəksiniz. Gün
hərəkətlərinizin təhlili, psixoloqa
müraciət və ya mənəvi
rəhbərinizi ziyarət üçün
münasibdir.


Buğa - çox işləmək lazım
gələcək. Üstəlik, tək özünüzün
yox, həm də başqalarının
problemlərini həll etməli
olacaqsınız. Rəhbərlik çoxsaylı
tapşırıqlar verəcək. Bu
tapşırıqları layiqincə yerinə
yetirmək ürəyinizdən keçsə də,
tələsmək məcburiyyətində
qalacaqsınız. Tələsiklikdə isə
səhvlər qaçılmaz olur. Yüksək
vəzifə tutan Balıqlar gələcək
karyeralarının asılı olduğu vacib
qərar qəbul etməli olacaqlar.
Günün emosional fonu sabit
deyil. Digər tərəfdən, ciddi
yüklənmə əsəb sisteminizə pis
təsir göstərəcək. Miqren və
yuxusuzluq istisna deyil.


Əkizlər - Bu gün sizin üçün
kifayət qədər çətin olacaq. Sizə
maraqlı və çox şey vəd edən
kimi görünən işlə artıq başqası
məşğul olur. Sizə qalan isə
darıxdırıcı, yeknəsək və yaradıcı
yanaşma tələb etməyən
məşğuliyyətdir. Bu gün sizi
inciklik (ya konkret kimdənsə,
ya da bütövlükdə həyatdan)
idarə edəcək. Dava-dalaşlara
səbəb olacaq, hətta ən yaxın
adamlarınıza da xoş olmayan
sözlər deyəcəksiniz. Günahınızı
yumaq asan olmayacaq. Bu gün
yalnız bazarlıq üçün əlverişlidir.
Böyük məmnuniyyət və ağılla
pul xərcləyəcəksiniz. Yeni il
hədiyyələri barədə düşünməyin
vaxtıdır.


Xərçəng - çox uğurlu gündür.
Həyat potensialınız yüksək
olacaq, hətta çətin və darıxdırıcı
işlə məşğul olmaq lazım gəlsə
belə, yorulmayacaqsınız.
Sarsılmaz nikbinliyiniz hər kəsin
diqqətini cəlb edəcək.
Unutmayın ki, müsbət
emosiyalarınızı ətrafdakılarla
bölüşdükcə, yeni emosiyalar
qazanacaqsınız.
Xoş sürprizlər mümkündür.
Ötən günlərdə mehribanlıqları
ilə seçilməyənlər də bu gün sizi
sevindirmək istəyəcəklər. İş
danışıqları uğurlu keçəcək.


Şir -
uğur qazanmaq üçün əsas
şərt ətrafdakılarla yaxşı
münasibətdir. Ona görə də
həm işləməyə, həm də
istirahətə tək öyrəşmiş adamlar
əməkdaşlıq barədə düşünməli,
asanlıqla razılışmağın, səyləri
birləşdirməyin mümkün olduğu
adama diqqət yetirməlidirlər.
Bu zaman tam səmimiyyətə
ehtiyac yoxdur. İnsanlara
onların eşitmək istədiklərini
söyləmək kifayətdir. Nə qədər
təəccüblü olsa da, bu gün çox
bəsit hiyləgərlik effektli olacaq.


Qız - bu gün üçün münasib
olan məşğuliyyətlər yaradıcılıq,
əl işləri, eləcə də qiraətdir. Səs-
küylü məclislərdən və kübar
həyatda fəal iştirakdan imtina
etmək məsələhətdir. Aktiv
istirahət, idmanla məşğul
olmaq və fiziki iş yalnız günün
birinci yarısında
məqsədəuyğundur.


Tərəzi - çox yaxşı və xoş keçirə
biləcəyiniz əla gündür. Çətin
işdən qorxmayın. Bu gün
istənilən məsələni həll etmək
gücündəsiniz. Gün yaradıcı
insanlar - musiqiçilər rəssam və
yazıçılarla ünsiyyət üçün
münasibdir. Onlardan biri sizi
də şah əsər yaratmağa
ruhlandıra bilər.
Sizə əziz olan insanları
sevindirməyin yolunu tapacaq,
yaxınlarınıza hədiyyələr və xoş
sürprizlərlə sevinc bəxş
edəcəksiniz. Əhəmiyyətli
xərclər mümkündür. Lakin buna
görə təəssüflənməyəcəksiniz.


Əqrəb - əvvəlkilərlə
müqayisədə daha az uğurlu
olsa da, pis gün deyil. Diqqəti
ev işlərinə cəlb etmək -
komfort, interyer dizaynı və s.
ilə məşğul olmaq mümkündür.
Elm və araşdırma fəaliyyətində
isə işlər bir qədər pis olacaq. Bu
sahələrdə uğurlar cüzidir.
Səhər saatlarında yaxınlarınızla
mübahisələr gözlənilir. Günün
ortasında isə harmoniya
bərqərar olacaq. Siz tənqiddən
incimir və eyhama eyhamla
cavab vermirsiniz. Sülhpərvər
əhval-ruhiyyənizin ətrafdakılara
da sirayət etməsi üçün bir
qədər vaxta ehtiyac var.


Oxatan - Uzaqgedən planlar
qurmayan, şəraiti özünə yox,
özünü şəraitə uyğunlaşdırmağa
üstünlük verənlər üçün gün
sakit və hətta xoş keçəcək.
Lakin daha az çevik və
müəyyən məqsədə çatmağa
can atanların vəziyyəti qibtə
ediləsi olmayacaq. Onların uğur
şansı minimal, məyusluqları isə
çox ciddi olacaq.


Oğlaq - bu gün tələsiklik tələb
edən işlər alınmayacaq. O
işlərlə məşğul olun ki, onları
yavaş və fikrinizi bir yerə
cəmləşdirərək görmək
mümkün olsun. Günün birinci
yarısı gəzintilər üçün əlverişlidir.
Bunu tək və ya sizi ağzınızı
açan kimi başa düşən
yaxınınızla birlikdə də edə
bilərsiniz. Axşam isə böyük
məclislərə yollanmaq və
əylənmək olar.
Pul barədə düşünməyə dəyər.
Maliyyə məsələlərinin həlli üçün
heç vaxt olmadığı qədər
əlverişli gündür.


Dolça - nəhayət ki, mənfi
tendensiyalar geri çəkilir, sizə
sakit, hətta, xoş gündən zövq
almağa imkan verir. Əlverişli
məqamdan yararlanmaq və
yeni işə başlamaq olar. Eləcə
də, dincəlmək və gücünüzü
bərpa etmək olar. Hər bir halda,
vaxtınız hədər getməyəcək.
Ailədə fikir ayrılıqları istisna
deyil. Amma onlar müvəqqəti
xarakter daşıyacaq.
Riskə getməyə, şübhəli
sövdələşmələrə girməyə
dəyməz. Gün ekstremal idman
növləri ilə məşğul olmaq üçün
də əlverişli deyil. Amma müsiqi
və rəqs ovqatınızı yüksəldə,
həm də həyat potensialınızın
artmasına yardım edə bilər.


Balıqlar - çoxdankı planınızı
reallaşdırmağınız baş tutmur.
Lakin diqqətinizi cari işlərə
yönəldə və onların öhdəsindən
uğurla gələ biləcəksiniz. Bu gün
enerjinizi dinc məcraya
yönəldəcəksiniz. Bilikli
insanların və təcrübəli
qohumlarınızın məsləhətləri də
köməyinizə çatacaq.
Günün ikinci yarısında çoxdan
arzuladığınız görüşün baş
tutması ehtimalı var.






Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
636 777 622 728 707 688

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.