_official_

_official_ İslam Dini 16-01-2018, 13:02

Dünya qədər sədəqə və zəkat

Dünya qədər sədəqə və zəkat


Döyüşlərin birində Hz.Əli bir kafirlə vuruşur. Kafir mahir döyüşçü oldduğu üçün döyüş bir qədər uzanır. Nəhayət , Hz.Əli "Ya Allah"deyib kafirə hücum edir və onu götürüb yerə vurur. Sinəsinə çöküb xəncəri çıxarır ki, öldürsün. Bu vaxt kafir Hz.Əlinin üzünə tüpürür. O, bunu Hz.Əlini əsəbiləşdirsin, o da onu tez öldürsün deyə eləmişdi.
Hz.Əli dərhal kafirin sinəsindən qalxır. Kafir çaşıb-qalır:
-Ya Əli, mən səni əsəbiləşdirmək üçün üzünə tüpürdüm, sən isə məni öldürəcəyin yerdə buraxdın. Niyə belə etdin?-deyə soruşur.
Həzrət Əli kafirə belə cavab verir:
-Mən səninlə ancaq Allah rizası üçün vuruşurdum. Ancaq hərəkətin qəlbimdə sənə qarşı nifrət oyatdı. Səni öldürsəydim, Allah üçün deyil, nəfsimə həqarətə görə öldürəcəkdim. Buna görə də öldürmədim.
Hz.Əlinin bu sözlərinə heyran qalan kafir müsəlman olacağını deyir və Həzrət Əlidən İslam dini haqqında soruşur. Hz.Əli də ona İslamiyyətdən danışır və döyüşçü şəhadət gətirib müsəlman olur.
Allah Rusulu belə buyurur:
"Sənin vasitənlə bir nəfərin müsəlman olması dünya qədər sədəqə və zəkatdan xeyurlidir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
896 764 739 750 760 762

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.