kara sevda

kara sevda Avto Dünya 8-05-2016, 09:00

Audi TT RS 400 at gücü alıb

Audi TT RS 400 at gücü alıb


“Audi” şirkəti Pekindəki avtosalonda kupe və rodster TT – RS-in ən güclü versiyalarını rəsmi surətdə təqdim edib. Modeli alüminiumdan olan, 400 a.g. və 480 Nm fırlanma anı verən 2.5-litrlik yeni 5-silindrli turbo mühərriklə təchiz ediblər.

“Audi TT RS”-in mühərriki iki muftalı, 7-pilləli robotlaşdırılmış “S tronic” sürət qutusu ilə birgə işləyir. Çoxdiskli mufta bazasında olan tam ötürücü sistemli kupe yerindən 100 km/saata 3,7 saniyəyə sürətlənir, rodster isə 3,9 saniyəyə. İkiqapılının maksimal sürəti elektron göstəricidə 250 km/saatda məhdudlaşdırılıb. Əlavə xərc ödəməklə bu göstəricini 280 km/saat etmək olar.

Audi TT RS 400 at gücü alıb


“Audi TT RS” təchizat siyahısına 19-düymlük təkər diskləri, poladdan əyləc diskləri, qabaqda və arxada diodlu optika, idarəetmə elektronikası “Audi drive select”-in iş rejimini seçmə sistemi, fəal qaz buraxma sistemi, xüsusi “RS” rejimli tam rəqəmsal “virtual cockpit” cihazlar paneli daxildir. Bu paneldə taxometr, fırlanma anı və ötmələrdə təkərlərdə istifadə olunan hava kütləsi göstərilir.

“TT RS” üçün opsiya qismində karbon-keramikdən qabaq əyləclər, uyğunlaşdırılan amortizatorları olan “RS” idman asılqanı, qabaqda matrisalı diodlu işıqlar, 3D –effektli arxa fənərlər daxildir. Bu ikiqapılı “Audi”-nin model sırasında ilk OLED optikası alan avtomobildir.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
855 867 697 777 799 860

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.