Kukulka

Kukulka Mətbəx 2-02-2018, 08:57

Künəfə sevənlərin nəzərinə - RESEPT

Künəfə sevənlərin nəzərinə - RESEPT



Künəfə türk şirniyyatıdır, amma ölkəmizdə də onu yeməyi çox sevirlər. Bizimde sizə verəcəyimiz bu reseptlə özünüz də evdə ləzzətli künəfə bişirə biləcəksiniz.

Ərzaqlar:

200 qr tel kadayıf
100 qr kərə yağ
200 qr dil pendiri

Şərbəti üçün:

1 stəkan yarım şəkər tozu
1 stəkan yarım su
3-4 damcı limon suyu

Bəzəyi üçün:

Üyüdülmüş yaşıl fıstıq və qaymaq

Hazırlanması:

Şəkər tozu ilə suyu qazana tökərək qaynadın və limon suyunu da əlavə edərək, ocaqdan götürüb soyumağa qoyun.

Kadayıfları otaq temperaturunda kərə yağı ilə yaxşıca yoğurun.

Digər tərəfdən bir tavanı kərə yağı ilə yağlayın. Kadayıfları tavaya boşluq qalmayacaq formada 1 sm qədər qalınlıqda yayın, üstündən aşağı basın.

Pendirləri doğrayıb bərabər şəkildə kadayıfın üzərinə tökün. Üzərini təkrar kadayıf ilə örtüb yenə aşağı basın. Az odda hər iki tərəfi də qızarana qədər bişirin.

Künəfə isti, şərbəti ilıq ikən üzərinə tökün, bir-iki dəqiqə şərbətdə saxladıqdan sonra bəzəyib, servis edin.


Bu mənə həqiqətən maraqlı geldiye görəsən dadı necə olur bilirsiz siz???

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
679 729 703 680 663 669

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.