n2006

n2006 Mətbəx 6-11-2022, 19:33

Ev Şəraitində Tavada Künəfə

Ev Şəraitində Tavada Künəfə
Türk mətbəxinin ən məşhur ləzzətlərindən biri olan künəfəni yemək üçün kafe, restoranlara getməyə ehtiyac yoxdur. Ev şəraitində ləzzətli künəfə hazırlaya bilərsiniz. LoaDinG.Az tavada hazırlanan künəfənin reseptini təqdim edir.

Tərkibi:

500 qr tel kadayıf
200 qr kərə yağı
200 qr dil pendiri
Şərbəti üçün:

1,5 stəkan şəkər tozu
1.5 stəkan su
3-4 damcı limon suyu
Üzəri üçün yaşıl fıstıq

Hazırlanma qaydası:

İlk öncə şərbəti hazırlamaq üçün bir qabda su və şəkər tozunu qaynadıb ocaqdan götürün. 3-4 damcı limon suyu töküb kənara qoyun. Başqa bir qabda kərə yağını əridin. Kadayıfları (əgər uzun kadayıfdırsa əllə xırdalayın) ərinmiş kərə yağıyla çox sıxmadan qarışdırın. Blinçik tavasını yağlayın və kadayıfın bir qismini tavaya töküb əlinizlə basaraq yayın. Pendirləri dilimləyib kadayıfın üzərinə bərabər şəkildə düzün. Qalan kadayif ilə pendirlərin üstünü örtün. Kadayıflar qızaranadək bişirin (bir üzü qızardıqda çevirib qalan üzünü də bişirin). İsti künəfənin üzərinə ilıq şərbət tökün. Bir müddət şərbəti özünə çəkməsini gözlədikdən sonra süfrəyə verin.

Nuş Olsun!




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
456 524 479 478 484 496

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.