Ganbarofh

Ganbarofh Xəbərlər 3-02-2018, 13:27

Manatla bağlı mühüm proqnoz: növbəti iki ildə...

Manatla bağlı mühüm proqnoz: növbəti iki ildə...
Manatla bağlı mühüm proqnoz: növbəti iki ildə...

2017-ci ildə Azərbaycanda makro-sabitlik yaxşılaşıb.

Bu barədə "Fitç" (Fitch) beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Bildirilir ki, neft qiymətlərinin tədricən artması, o cümlədən sərt monetar və fiskal siyasət nəticəsində dolların manata nisbətən məzənnəsi apreldən etibarən 1,70 manat səviyyəsində stabilləşib:

"Bu da öz növbəsində, 2017-ci ildə 12,9% səviyyəsində olan inflyasiya təzyiqlərini azaltmağa gətirib çıxarıb. Ötən ilin mart ayı ilə müqayisədə apreldən etibarən inflyasiya azalıb. Kreditlərin və depozitlərin dollarlaşma səviyyəsi (2017-ci ilin noyabrın sonuna müvafiq olaraq 40,6% və 72,1%) yavaş-yavaş azalır, bu da məzənnəyə inamın müəyyən qədər artdığını göstərir. Neft qiymətlərinin sabit olması ilə bağlı gözləntiləri nəzərə alaraq növbəti iki il ərzində manatın məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırırıq", - deyə məlumatda qeyd olunub.

Mənbə: APA

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
448 496 441 457 537 494

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.