Ganbarofh

Ganbarofh Xəbərlər 4-02-2018, 20:24

Növbəti iki ildə manatı nə gözləyir? - Əhalini sevindirəcək açıqlama

Növbəti iki ildə manatı nə gözləyir? - Əhalini sevindirəcək açıqlama

2017-ci ildə Azərbaycanda makro-sabitlik yaxşılaşıb".

Bu barədə "APA-Economics" "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir.

Bildirilir ki, neft qiymətlərinin tədricən artması, o cümlədən sərt monetar və fiskal siyasət nəticəsində dolların manata nisbətən məzənnəsi apreldən etibarən 1,70 manat səviyyəsində stabilləşib. "Bu da öz növbəsində, 2017-ci ildə 12,9% səviyyəsində olan inflyasiya təzyiqlərini azaltmağa gətirib çıxarıb. Ötən ilin mart ayı ilə müqayisədə apreldən etibarən inflyasiya azalıb. Kreditlərin və depozitlərin dollarlaşma səviyyəsi (2017-ci ilin noyabrın sonuna müvafiq olaraq 40,6% və 72,1%) yavaş-yavaş azalır, bu da məzənnəyə inamın müəyyən qədər artdığını göstərir. Neft qiymətlərinin sabit olması ilə bağlı gözləntiləri nəzərə alaraq növbəti iki il ərzində manatın məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırırıq," – deyə məlumatda qeyd olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
484 491 474 424 478 465

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.