Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 30-03-2018, 12:04

"Lukoil" yanacaqdoldurma məntəqəsi xanım sürücünü belə aldatdı

"Lukoil" yanacaqdoldurma məntəqəsi xanım sürücünü belə aldatdı
"Lukoil" yanacaqdoldurma məntəqəsi xanım sürücünü belə aldatdı

Nuranə Göktaş adlı vətəndaş "LUKOİL" yanacaqdoldurma məntəqəsində ondan 6,5 manat artıq pul alındığını iddia edir.

Loading.Az unikal.org-a istinadən bildirir ki, xanım sürücünün sözlərinə görə 19.03.2018 tarixində Bakı şəhəri Xətai rayonu R. Quliyev küçəsi 6 ünvanında yerləşən "Lukoil –Azərbaycan” QSC yanacaq doldurma məntəqəsində baş verib. O, 5 ildir idarə etdiyi "Kia Sportage " markalı (muhərrik 2 kub- litr) avtomobilə Aİ-92 markalı yanacaq doldurub. Bu zaman "LUKOİL" yanacaqdoldurma məntəqəsinin ona qarşı fırıldaqçılıq etdiyini bildiribO, hadisəni belə şərh edir:


"Çəndə 3-5 litr yanacaq olsa da , həmişə olduğu kimi avtomobili bir az irəli sürməyi bildirdilər, çəni tam doldurub, məndən 56 AZN pul aldılar. Bu zaman çeki tələb edib, aldım. Operatora iradımı bildirdim ki, boş çən 55 litr tutur. Bunun da dəyəri 49,50 azn edir. Məndən artıq alınan pulu tələb etsəm də operator "böyüklərdən heç kəs yoxdur” deyib imtina etdi”.

Xanım sürücü əlavə edir ki, sonradan "LUKOİL" yanacaqdoldurma məntəqəsinin əməkdaşı Bahadur adlı şəxs ona zəng edib. Amma bu şəxs də yaranan problemi həll etməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
562 470 547 479 532 499

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.