Günabaxan tumları radiasiyalıdır? – VİDEO


ARB TV-nin “Günə doğru” verilişində günəbaxan tumları haqda maraqlı sujet yayımlanıb.
Ölkədə satışda olan günəbaxan tumlarında insan sağlamlığı üçün təhlükə törədə biləcək maddə aşkar olunub. Bununla bağlı sosial şəbəkələrdə məlumatlar yer alıb. İddia olunur ki, yerli şirkətlər tərəfindən satışda olan günəbaxan tumlarının əksəriyyəti Ukraynanın çernobıl ərazisində yetişdirilir. Şəhərdə apardığımız sorğu zamanı bəlli oldu ki, bu tumların mənşəyi haqqında narahatlıqlar var.
Sakin: “Çox nadir hallarda baxıram istehsalçının kim olmasına. Elə marketdən alıram açıram çırtlayıram”.
Sakin: “Boş vaxtım olanda çırtlayıram. Alanda heç fikir vermirəm”.
Sakin: “Marketlərdə çox vaxt reklamda gördüyümüz olur. Ona görə reklamda bəyəndiyimi alıram. Bilirəm pis bir şeydir istehlakçının kim olmasını bilməmək, amma neyniyək?”.
Tum istehsalçıları da xammalın Rusiya və Ukraynadan gətirildiyini etiraf edir. Yəni, ölkədə yetişdirlən tumun satışından söhbət gedə bilməz. Azərbaycanda yetişdirilən günəbaxan tumları dənlik üçün istifadə olunur. Bu məhsullardan əhali yox heyvandarlıq təsərüfatları yararlana bilər. Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynov belə faktların olduğunu deyir ancaq konkret hansı regionlardan gətirilməsi isə müəamma olaraq qalır.
Eyyub Hüseynov – (AİB sədri): “Əlbəttdə dövlət orqanları yoxlamalar aparır, radiasiya səviyyəsi araşdırılır. Ancaq istisna edilmir ki, bu cür tumlar gəlsin Azərbaycana. Sahibkarlar yaradılan şəraitdən sui-istifadə edir”.
Birlik sədri ümumiyyətlə bu cür məhsulların reklam olunmasının heç də düzgün hal olmadığını deyir. Tərkibində orqanizim üçün lazımi minerallar olsa da bəzən çox istifadəsi asıllıq da yarada bilir. Həkimlər radiasiyanın orqandan sovrulub çıxması üçün 10-15 il vaxt lazım olduğunu deyir.
İstənilən halda radiasiyaya məruz qalmış günəbaxan tumları məsələsi hələlik fərziyyədir. Ancaq bir fakt varki günəbaxan tumlara bu günki gün ən çox istehlak olunan məhsullardan sayılır.







