♥Мой Мир♥

♥Мой Мир♥ İslam Dini 11-12-2015, 22:34

Xəstəlik, qıtlıq və zülmün səbəbləri

Xəstəlik, qıtlıq və zülmün səbəbləri

Abdullah İbn-i Ömər (ə) izah edir:

"Peyğəmbər Əfəndimizin (s.ə.s.) məscidində on adam vardı: Əbu Bəkir, Ömər, Osman, Əli, İbn-i Məsud, Muaz b. Cəbəl, Huzeyfe, Əbdürrəhman b. Avf, Əbu Səid (radiyallahu anhum) Həzrətləri və mən də onuncu nəfər idim. Ənsardan bir gənc gəldi və Rəsulullaha (s.ə.v.) salam verib oturdu. Sonra da...

"Ya Rəsulullah! Möminlərin hansı ən fəzilətlidir?" deyə soruşdu. Peyğəmbər Əfəndimiz (s.a.v.):

"Əxlaqı ən gözəl olandır," buyurdu. "Ən ağıllısı, ən zəkisi kimdir?" deyə soruşdu. "Ölümü ən çox xatırlayan və ölüm gəlmədən əvvəl ona ən gözəl şəkildə hazırlıq edəndir. Ən ağıllı bunlardır." buyurdu. Bu cavabdan sonra gənc susdu.

Peyğəmbər Əfəndimiz (s.ə.v.) də bizə döndü və "Ey mühacir birliyi! Başınıza bu 5 şey gəldiyi zaman artıq heç bir şeydə xeyir qalmamışdır. Bu 5 şeyin sizin başınıza gəlməsindən Allahu Təalaya sığınıram.

1 - Zina ortaya çıxar və açıqca işlənsə, şübhəsiz vəba xəstəliyi artar və onlardan əvvəl gəlib keçmiş millətlərdə görülməyən xəstəliklər çıxar.

2 - Ölçü və çəkidə əskiklik etsələr şübhəsiz qıtlıq, dolanışıq çətinliyi və idarəçinin zülmünə məruz qalarlar.

3 - Mallarının zəkatlarını verməzlərsə şübhəsiz göydən bir damla yağışdan belə məhrum buraxılarlar. Heyvanlar da olmasa heç yağış görə bilməzlər.

4 - Allahu Təalaya və Rəsuluna verdikləri sözlərindən dönsələr Allahu Təala onlara, özlərindən olmayan bir düşməni müsəllət edər və sahib olduqları sərvətlərin, mülklərin bir qismini alarlar.


5 - İdarəçilər Allahu Təalanın kitabıyla hökm verməz və Allahu Təalanın hökmləri qarşısında onları relizlərlərsə (işlərinə gəldiyi kimi əməl edərlər) Allahu Təala aralarında müharibə, fitnə və ixtilaflar çıxarar."

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
923 909 863 734 833 816

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.