Riberi: "Fransa millisində oynamaq istəmirəm"

Riberi: "Fransa millisində oynamaq istəmirəm"


"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi maraqlı fikirləri ilə diqqət çəkib.

2014-cü ildə yığmadakı karyerasını başa vuran fransalı futbolçu milliyə qayıtmaq istəmədiyini bildirib:

"Heç vaxt Deşama əhəmiyyət verməmişəm. Buna görə də onun hərəkətlərini anlamıram. Mən Deşamın yığmaya ən yaxşı futbolçuları çağırmalı olduğunu söylədim. Bu, mənim yığmaya qayıtmaq istəyim anlamına gəlməməlidir. Fransa millisində oynamaq istəmirəm. Artıq 2014-cü ildə yığmadakı karyeramı başa vurdum. Hazırda yalnız "Bavariya"dakı karyeram haqda düşünürəm".

Qeyd edim ki, Fransa millisinin baş məşqçisi Didye Deşamın "Avro-2016" üçün açıqladığı heyətdə Riberinin adı yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
683 684 602 568 604 602

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.