Esmeralda

Esmeralda Sağlamlıq 1-03-2019, 14:24

Vaxtından əvvəl qocalmamaq üçün tez-tez yeyin

Vaxtından əvvəl qocalmamaq üçün tez-tez yeyin
Şabalıdı yəqin ki, çoxları sevir. Bir çox hallarda hətta mətbəxin əvəzolunmaz məhsulu sayılan şabalıdın nə qədər faydalı olduğunu yəqin ki, çoxları bilmir.

Bəs şabalıdın hansı faydaları var?

Şabalıd ilk növbədə hüceyrələrin yaşlanmasının, vaxtından əvvəl qocalmasının qarşısını ala bilən təsirə malikdir. Yüksək miqdarda selen, B1, E vitaminləri ilə zəngindir. Sakitləşdirici xüsusiyyətləri var, stressin aradan qaldırılmasına yardım edir. Eyni zamanda xərçəngə, xüsusilə ağciyər xərçənginə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir.

Bundan başqa, şabalıdın qan azlığı-anemiyanı aradan qaldırmaq kimi təsirə malik olduğu da məlumdur. Güclü antioksidant olan şabalıd immun sistemini gücləndirir, xəstəliklərə tez yoluxmağın qarşısını alır. Halsızlıq və çox yorğunluq kimi durumlarda enerji verə bilir.

Şabalıd yüksək kalorisi sayəsində tox qalmağa yardım edir. Bu məhsulu yeyənlər tox qalırlar deyə tez-tez yemək vərdişi də aradan qalxır. Bir ədəd orta ölçülü şabalıdda 106 kalori var. Bu səbəbdən onu yeyərkən sayına, porsiyasına diqqət etmək vacibdir.

mənbə: etibb.az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 486 410 497 474 406

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.