Ehmedzade

Ehmedzade Video, Klip 10-06-2019, 10:20

Bu ödənişləri nağd ödəyənlər cərimələnəcək - VİDEO

Bir sıra maliyyə əməliyyatları yalnız nağdsız olaraq icra edilməlidir. Bu, nağdsız hesablaşmalar haqqında qanunda öz əksini tapıb. Həmin ödənişləri nağd ödəyənlər isə cərimələnəcək.

Xezerxeber.az-ın məlumatına görə, "Nağdsız hesablaşmalar haqqında" qanuna görə vergilərin, gömrük rüsumları və yığımların, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bu maddənin tələbi pozulduqda aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10, ikinci dəfə yol verdikdə 20, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, bu cərimələrin tətbiqi nağdsız ödənişlərin həcmini artırmaq və maliyyə əməliyyatlarında şəffaflığın artırılması məqsədi daşıyır.

Rəşad Həsənov bildirir ki, bu tələblərin tətbiqindəki əsas səbəblərdən biri də hər iki tərəfin, yəni həm pul ödəyən, həm də vəsait ödənilən tərəfin hüquqlarının təmin edilməsinə yardımçı olmaqdır.

Ekspertin sözlərinə görə, nağdsız ödəniş tələblərinin sərtləşdirilməsi müxtəlif sahələrdə hazırda mövcud olan nağd ödənişlərin də elektron yollarla icra edilməsini stimullaşdıracaq. Bu isə gələcəkdə nağdısz ödənişlərin ümumi ödənişlərdə payının sürətlə artmasına gətirib çıxaracaq.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
540 517 489 468 528 488

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.