ÊLfidÂ

ÊLfid Məsləhətlər 8-09-2020, 16:24

Ayaq qoxusunun aradan qaldırılması üçün üsullar

Ayaq qoxusunun aradan qaldırılması üçün üsullar
Əgər ayaqlarınız çox tez-tez nəmlənirsə, qurutmaq üçün duzlu su ilə yuya bilərsiniz.

Axşamlar 4 stəkan suya 4 çay qaşığı duz əlavə edin. Sonra bu qarışığı bir ləyənə boşaldın və ayaqlarınızı 15 dəqiqə bu suda saxlayın. Təmiz və pambıqlı dəsmalla ayaqlarınızı yaxşıca qurudub, corabları geyinin.

Gün ərzində çay içərkən istifadə etdiyiniz bir dəfəlik çay peketlərini atmayın. Günün sonunda bir litr ilıq suya dörd-beş ədəd yaşıl və ya qara çay paketini qoyub, bu suda ayaqlarınızı saxlayın. Sonra silib corablarınız geyin. Bu üsulu müntəzəm olaraq tətbiq etdikdə ayaq qoxu hissinizin azaldığını müşahidə edəcəksiniz. 

İstəsəniz yemək sodasından da istifadə edə bilərsiniz. Bir ləyənə ilıq su tökün, içinə 2 xörək qaşığı soda atın. Daha sonra ayaqlarınızı 15 dəqiqə ərzində bu suda saxlayın. Bu üsulu 1 ay hər axşam, sonra isə həftədə 2 gün tətbiq etməklə faydasını hiss edəcəksiniz.

Ayaq qoxusunun aradan qaldırılmasında sirkə də olduqca təsirlidir. Sirkənin tərkibində olan turşu, bakteriyaların yaşaması üçün əlverişli olan şəraiti aradan qaldırır. Həftə ərzində bir dəfə təcrübədən keçirə biləcəyiniz bu üsul üçün 2 litr ilıq suya 2 stəkan sirkə əlavə edin. Ayaqlarınızı həmin suda 10-15 dəqiqə saxlayın. Sonra ayaqlarınızı sabunla yuyun və yaxşıca silin.

Adaçayı yarpaqları da qoxunun qarşısını almaq xüsusiyyətinə malikdir. Bunun üçün adaçayı yarpaqlarını bir gecə əvvəldən istifadə edəcəyiniz ayaqqabının içinə yerləşdirə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
498 415 520 478 425 415

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.