Musiqinin insan psixologiyasına təsiri nədir
Biz hamımız çox gözəl bilirik ki, musiqi həm əhvalımızı yaxşılaşdıra, yaxud da pisləşdirə bilər. Alimlər sübut etmişlər ki, musiqinin insana göstərdiyi təsir bizim təsəvvür etdiyimizdən daha artıqdır. Çox güman ki, hər birimizin fərqli əhval ruhiyyələr zamanı sevərək qulaq asdığımız mahnılar var. Hər kəsin musiqi zövqü və seçimi fərqlidir: kimsə klassik musiqi dinləyərək mürgüləməyi, kimisi isə yuxusunu dağıtmaq üçün hard rocka qulaq asmağı sevir. Buna baxmayaraq, müxtəlif mahnıların insanın fiziki və əqli vəziyyətinə necə təsir etdiyi elmi qanunlarla müəyyənləşdirilib.
Həmçinin mütəxəssislər bildirirlər ki, tək musiqinin üslubu deyil, onun ritm və tonallığı, hansı musiqi alətində ifa olunması da mühüm haldır. Hər bir musiqi alətinin səsi insanın orqanizminə müəyyən bir təsir göstərir.
Alimlər Motsartın musiqilərinin beynin fəaliyyətini artırdığını və informasiyanın tez bir şəkildə qavranılmasına kömək etdiyini hesab edirlər.
Baş ağrısını aradan qaldırmaq üçün isə Bethovenin “Fidelio”su sizə köməklik edəcək.
Yuxusuzluğun ən yaxşı dərmanı kimi Çaykovskinin, Qriqin və Sibeliusun pyeslərini istifadə edə bilərsiniz.
Vivaldinin “İlin fəsilləri” əsərinə qulaq asmaq isə yaddaşı yaxşılaşdırır.
Bundan başqa, klassik musiqi həm də revmatizm xəstəliyinin dərmanı hesab olunur. Alimlər müəyyən etmişlər ki, klassik musiqi dinləyən xəstələr digər xəstələrə nisbətən daha tez sağalmışlar.







