HASANLY

HASANLY Maraqlı 26-09-2020, 17:25

Kofenin zərərsiz alternativi AŞKARLANDI

Kofenin zərərsiz alternativi AŞKARLANDI
Rusiyalı neyropsixoloq İrina Xvinqiya səhər kofesinə zərərsiz alternativ təklif edib.

Psixoloqun fikrincə, səhər ayılmaq və özünü gümrah hiss etmək üçün şokoladda olan kofe dənəcikləri də faydalıdır.

O qeyd edib ki, bu ləzzət beyin gərginliyi yaratmır.
Tərkibində B vitaminləri olduğu üçün gərginliyin qarşısını alır, sakitləşdirici təsir göstərir və balans yaradır.

Eyni zamanda şokoladda olan kofe, ürəyə bir fincan kofedən daha az zərər verir. Çünki şokolad kofeinin pis təsirlərini neytrallaşdırır.
İrina Xvinqiya gündəlik rejim riayət etməyin və kifayət qədər yatmağın vacib olduğunu da xatırladıb.

Onun sözlərinə görə, şokoladdakı beş kofe dənəciyi sinir sistemini bir qədər aktivləşdirmək və bir müddət fəaliyyətini qorumaq üçün kifayət edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 408 420 371 415 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.