ÊLfidÂ

ÊLfid Maraqlı 8-05-2021, 15:30

Enerjinizi yüksəltmək üçün 6 yol.

Enerjinizi yüksəltmək üçün 6 yol.
1. Kitab oxuyun. 📖
Maraqlı mövzusu olan bir kitabı oxumaq həm enerjinizi yüksəldəcək, həm də dünya görüşünüzü artıracaq.

2. Musiqi dinləyin. 🎶
Musiqinin insanın əhval-ruhiyyəsinə necə təsir etdiyini bilməyən yoxdur. Pozitiv musiqilər və klassik musiqilər dinləyərək enerjinizi yüksəldə bilərsiniz.

3. Özünüzə baxım edin. 💅
Duş qəbul etmək, masaj və ya dərinizə qulluq etmək sizi rahatladaraq özünüzü yaxşı hiss etməyinizə səbəb olacaqdır.

4. Meditasiya.🧘‍♀️
Bu yolla siz ətraf mühitin stressindən uzaqlaşıb ruhən sakitləşərək, öz daxili dünyanızın səsini dinləyə bilərsiniz. Əmin olun, mütəmadi olaraq meditasiya ilə məşğul olmaq insanın müsbət enerji ilə dolmasına çox böyük kömək olur.

5. Film izləmək. 🎬
Yəqin ki, hamımızın izlədikdən sonra uzun müddət təsirindən çıxa bilmədiyi filmlər var. Eynilə musiqi kimi filmlərin də əhvalımıza böyük ölçüdə təsiri var. Bu səbəblə, komediya filmləri izləmək enerjinizi yüksəldəcəkdir.

6. Rəsm ilə məşğul olmaq. 🎨
Əslində təkcə rəsm ilə yox ümumilikdə yaradıcılıqla məşğul olmaq insan enerjisini yüksəldən amillərdən biridir. Rəsm bacarığınızın olmağı şərt deyil. Əsas olan sizin həmin fəaliyyətlə məşğul olanda ki, enerjinizin yüksək olmağıdır. Rənglərin insan psixologiyası üzərində təsirlərini nəzərə alaraq demək olar ki, rəsm çəkmək insan enerjisini yüksəldir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
471 440 468 547 482 490

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.