Azer2

Azer2 İdman 25-03-2022, 12:23

Türkiyə və İtaliya DÇ-2022-dən kənarda qaldı - Nəticələr

Türkiyə və İtaliya DÇ-2022-dən kənarda qaldı - Nəticələr
Bu gün DÇ-2022-də pley-off oyunlarına start verilib.

Əvvəlcədən 6 qarşılaşmanın keçirilməsi planlaşdırılsa da, bu gün 4 matç oynanılıb. FİFA Ukraynadakı müharibə səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb və komandanın Polşa ilə oyunu keçirilməyib. Ruslara texniki məğlubiyyət verildiyi üçün Polşa finala vəsiqə qazanıb. Ukrayna - Şotlandiya matçı isə iyuna təxirə salınıb.

C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olub və 1:3 hesabı ilə uduzub. Avropa çempionatının son qalibi İtaliya yığması isə Şimali Makedoniyaya gözlənilmədən məğlub olub - 0:1. Uels Avstriyaya 2:1 hesabı ilə qalib gəlib. İsveç isə Çexiyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Portuqaliya, Şimali Makedoniya, Uels və İsveç pley-offun finalına vəsiqə qazanıblar.

Qeyd edək ki, pley-off mərhələsində hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçirilir. Final görüşləri 28-29 martda olacaq.


DÇ-2022
Pley-off mərhələsi, Yarımfinal

24 mart

A yolu
23:45. Uels - Avstriya - 2:1

Qollar: Beyl, 25 (1:0), 51 (2:0), Davies, 64-avtoqol (2:1)

B yolu
23:45. İsveç - Çexiya - 1:0

Qol: Kvayson, 110

C yolu
23:45. İtaliya - Şimali Makedoniya - 0:1

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
471 422 438 447 472 418

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.