Türkiyə Portuqaliyaya qarşı - Pley-off başlayır
Bu gün DÇ-2022-də pley-off oyunlarına start veriləcək.
LoaDinG.Az xəbər verir ki, əvvəlcədən 6 qarşılaşmanın keçirilməsi planlaşdırılsa da, bu gün 4 matç oynanılacaq. FİFA Ukraynadakı müharibə səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb və komandanın Polşa ilə oyunu keçirilməyəcək. Ruslara texniki məğlubiyyət verildiyi üçün Polşa finala vəsiqə qazanıb. Ukrayna - Şotlandiya ilə matçı isə iyuna təxirə salınıb.
DÇ yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olacaq. Avropa çempionatının son qalibi İtaliya yığmasının rəqibi isə Şimali Makedoniya olacaq.
Qeyd edək ki, pley-off mərhələsində hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçirilir. Final görüşləri isə 28-29 martda olacaq. A yolunda Rusiya texniki məğlubiyyət aldığı üçün pley-off-un finalında Polşa Uels-Avstriya cütünün qalibi ilə üz-üzə gələcək.
Mundialın final mərhələsinin püşkatma mərasimi isə apreldə gerçəkləşəcək.
Xatırladaq ki, bu dünya çempionatı futbolu tarixində ilk dəfə yay aylarında yox noyabr-dekabrda keçiriləcək.