n2006

n2006 Mətbəx 26-06-2022, 12:53

Sobada Balqabaqda Plov

Sobada Balqabaqda Plov
Balqabaqdan dadından doymayacağınız və gözəl görünüşlü plov hazırlaya bilərsiniz. LoaDinG.Az sobada balqabaqlı plovun reseptini təqdim edir.

Tərkibi:

orta ölçülü balqabaq
2 stəkan düyü
2-3 ədəd soğan
500 qr ət (istədiyiniz ət növü)
1 ovuc şabalıd
ərik qurusu, üzüm qurusu, alça qurusu
3-4 xörək qaşığı kərə yağı
1 çay qaşığı duz
2-3 çay qaşığı şəkər tozu
Hazırlanma qaydası:

Düyünü bildiyimiz qaydada suda bişirib süzün. Balqabağın üst hissəsini qapaq formasında kəsib iç hissəsini təmizləyib boşaldın. Soğanı doğrayıb yağda qovurun. Üzərinə əvvəlcədən bişirilmiş ət tikələrini əlavə edib qarışdırın. Bişmiş şabalıdı, ərik qurusunu, üzüm qurusunu, alça qurusunu əlavə edin. İçi təmizlənmiş balqabağın içərisinə bir qaşıq duz səpin. 2-3 qaşıq şəkər tozu və 2-3 qaşıq kərə yağını hər tərəfinə səpin. Bişib süzülmüş düyüdən iki kəfkir qaşıqla töküb üzərinə içlikdən səpin. Ən son balqabaq dolana qədər düyünü tökün. Balqabağın qapağını örtüb hər tərəfinə folqa kağızı bükün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin. Folqa kağızını çıxarıb açıq halda 15 dəqiqə bişirin. Süfrəyə verdiyiniz balqabaqlı plovu kənarlarından kəsərək açın və boşqablara çəkin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
441 413 386 404 428 428

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.