n2006

n2006 Mətbəx 26-06-2022, 14:30

Pekin Kələmi ilə Dadlı Salat

Pekin Kələmi ilə Dadlı Salat
Pekin kələmi azkalorili tərəvəzlərdən hesab edilir. Onun 100 qramında 13 kalori var. Bu tərəvəz öz sağlamlığına və çəkisinə nəzarət edənlər üçün idealdır. LoaDinG.Az Pekin kələmi ilə hazırlanan dadlı və doyumlu salatın reseptini təqdim edir.

Tərkibi:

400 qr Pekin kələmi
200 qr konservləşdirilmiş qarğıdalı dənələri
200 qr toyuq filesi
1 ədəd qırmızı bolqar bibəri
1 ədəd təzə xiyar
1 ədəd duzlu xiyar
3 xörək qaşığı mayonez
duz,istiot
Hazırlanma qaydası:

Toyuq filesini az zeytun yağında duz, istiot vurub tavada iki tərəfli yaxşıca qızardın. Soyuduqdan sonra tərəvəzlərə uyğun doğrayın. Kələm, təzə xiyar, duzlu xiyar və bolqar bibəri də doğrayın. Bir qabda doğranmış tərəvəzlər və fileni qarışdırın. Üzərinə suyu süzülmüş qarğıdalı dənələri, duz, istiot və mayonez əlavə edib qarışdırın. Salat hazırdır.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
455 434 489 408 466 483

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.