n2006

n2006 Mətbəx 26-06-2022, 15:30

Sadəcə 4 Ərzaqla Dadlı Salat

Sadəcə 4 Ərzaqla Dadlı Salat
Bu salat sadəcə 4 ərzaqla hazırlanır. LoaDinG.Az hər gün hazırlaya biləcəyiniz dadlı salatın reseptini təqdim edir.

Tərkibi:

4 ədəd çuğundur
2 ədəd yumurta
2 ədəd xiyar turşusu
1 diş sarımsaq
zövqə görə mayonez, duz, istiot.
Hazırlanma qaydası:

Çuğundur və yumurtanı suda bişirin. Bişdikdən sonra qabığını soyub sürtgəcdən keçirin. Xiyar turşusunu samanvari və ya kub formasında doğrayın. Bir qaba sürtgəcdən keçirilmiş çuğundur, yumurta, turşu xiyar, rəndələnmiş sarımsaq, duz, istiot və mayonez töküb qarışdırın. Mayonez əvəzinə süzmə qatıq da istifadə edə bilərsiniz. Salat hazırdır.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
395 377 346 368 417 421

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.