n2006

n2006 Mətbəx 6-07-2022, 17:40

Şəkərsiz Giləmeyvəli Dondurma

Şəkərsiz Giləmeyvəli Dondurma
Rəngin gözəlliyi və dadın möhtəşəmliyi ilə favori dondurmanız olacaq. Bu dadlı dondurma təxminən 65-70 kaloridir. LoaDinG.Az şəkərsiz giləmeyvəli dondurmanın reseptini təqdim edir.

Tərkibi:

1 ədəd banan
10 ədəd çiyələk
1 kasa tut və ya böyürtkən
1 stəkan süd
1 çay qaşığı kakao
2 çay qaşığı bal
Hazırlanma qaydası:

Bananın qabığını soyub dilimləyin. Bir qaba banan dilimləri, yuyulmuş çiyələk və böyürtkəni qoyub soyudunun buzxanasına yerləşdirin. Donmuş meyvələrin üzərinə süd, bal və kakao əlavə edib mətbəx robotuyla yaxşıca qarışdırın. Dondurma hazırdır. Arzu etdiyiniz meyvələri istifadə edə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
403 363 292 351 344 402

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.