n2006

n2006 Mətbəx 15-02-2023, 14:30

Didmə salatı belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Didmə salatı belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”
Didmə salat – olduqca sadə hazırlanan bir salatdır, amma olduqca da dadlıdır. Azərbaycan mətbəxində ən çox hazırlanan salatlardan biridir. Hazırlanma qaydası sadə olduğu qədər ərzaqları da çox azdır. Belə ki, toyuq əti, qoz, yumurta, sarımsaq və mayonezdən hazırlanır. Ayrıcalıqda sarımsağı çox sevməyə bilərsiniz, ancaq mütləq ki, salatda reseptdən çıxartmayıb istifafə edin. Çünki salata xüsusi bir dad qatır. Beləliklə, bu gün sizə didmə salatın hazırlanma qaydasından bəhs edəcəyik.



Ərzaqlar

200 qram toyuğun döş əti

80-90 qram qoz

3 ədəd yumurta

1/2 diş sarımsaq

Mayonez

Duz

Qara İstiot

şəkil

Hazırlanması

Porsiya – 4-5 nəfər üçün

Ət suda bişirilib didilir. Qoz xırda-xırda doğranıb əlavə edilir. Yumurta suda bişirilib sarısı ilə birlikdə sürtgəcin iri gözündən keçirilib əlavə edilir. Sarımsaq soyulub sürtgəcin kiçik gözündən keçirilir və ya əzilib əlavə edilir. Sonda isə mayonez, duz və istiot əlavə edilib yaxşıca qarışdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
520 533 584 507 489 560

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.