ice berg

ice berg Texnologiya 24-02-2023, 22:00

İphone 15 modellərinin yeni rəngləri AÇIQLANDI

İphone 15 modellərinin yeni rəngləri AÇIQLANDI


"iPhone 15" modellərində yeni eksklüziv rənglər təqdim ediləcək.

LoaDinG.aZ xarici KİV-ə istinadən xəbər verir ki, internetdə "iPhone 15 Pro"nun yeni CAD render fotosu yayılıb.

Lakin ortaya çıxmış yeni CAD render fotoda əsas diqqət smartfonun dizaynına deyil, onun gövdə rənginə ayrılıb. Bundan əlavə, insayderlər builki "iPhone 15" modellərində reallaşdırılacaq yeni gövdə rəngləri barəsində məlumat veriblər.

Məlumata əsasən, yeni rəng çalarları "iPhone XR" və "iPod Touch"da reallaşdırılmış rəng çalarlarına yaxın olacaq.



İnsayderlər bildiriblər ki, Apple hal hazırda iPhone 15 modellərinin gövdələri üçün 3 yeni rəngi test edir. iPhone 15 Pro modelləri üçün tünd qırmızı, adi iPhone 15 ilə iPhone 15 Plus üçün isə mavi və çəhrayı rənglər.

İnsayderlər həmçinin bu yeni rəng çalarlarının HEX kodlarını da təqdim ediblər. Aşağıdakı qeyd edilmiş HEX kod linklərinə daxil olaraq yeni rəng çalarlarını görmək olar.

#410D0D - tünd qırmızı

#0DB1E2 - mavi

#CE3B6C - çəhrayı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
598 537 498 521 515 537

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.