İnanılmaz optik illüziyalar: beyin partlayışı
Biz əhatə olunduğumuz aləmi olduğu kimi qəbul etməyə öyrəşmişik, ona görə də beynimizin öz sahibini necə aldatmasına fikir vermirik. Bizim binokulyar görməmizin mükəmməl olmaması, düşünmədən etdiyimiz yalan mühakimələr, psixoloji stereotiplər və dünya görüşünün digər təhrifləri optik illüziyaların yaranmasına səbəb olur. Onlar həddindən artıq çoxdur, amma biz sizin üçün ən maraqlı, çılğın və inanılmaz olanları seçməyə çalışdıq.
Mümkünsüz fiqurlar
Bir vaxtlar bu qrafik janr elə geniş yayıldı ki, hətta öz adını – impossibilizm (optik sənətdə mümkünsüz fiqurların çəkilməsinə yönəlmiş müstəqil istiqamət deməkdir) aldı. Fiqurların hər biri kağızda olduqca real görünür, amma fiziki aləmdə sadəcə mövcud ola bilməz.

Eymsin otağı
Optik illüziya məsələləri erkən yaşlarından kiçik Adelbert Eymsi maraqlandırırdı. O, oftalmoloq olanda dərin qavrayış tədqiqatlarını dayandırmadı ki, nəticədə məşhur Eyms otağı yarandı.

Eyms otağı necə işləyir?
Eyms otağının təsirini qısa şəkildə belə izah etmək olar: onun arxa divarının sol və sağ küncündə iki – cırtdan və nəhəng insanın dayandığı görünür. Əlbəttə ki, bu optik hiylədir və əslində bu insanlar tamamilə normal hündürlüyə malikdirlər. Həqiqətən də məkan dartılmış trapesial formalıdır, lakin yalnış perspektivə görə bizə düzbucaqlı kimi görünür. Sol künc sağa nisbətən müşahidəçilərin nəzərindən çox uzaqdır, bunun üçün də orada dayanan adam belə kiçik görünür.

Hərəkətli illüziyalardan aşağıdakıları göstərmək olar:
Üzən ulduz

Fırlanan dairə

Hərəkət edən oxlar

Düzünü desəm, bu gif deyil, adi bir şəkildir! Psychedelic (bir ağılın təzahür forması. Bu termin 1950-ci illərdə LSD və meskalin kimi halüsinogen dərmanların populyarlaşması və reallığın qəbulunu dəyişdirməsi ilə ortaya çıxdı. 1957-ci ildə İngilis psixiatrı Humphry Osmond (1917-2004), tədqiqatında istifadə etdiyi maddələrin təsirini izah etmək üçün psychedelic və ya psychedelic terminini təqdim etdi və bunları "ağılın aşkar etdiyi şey" və ya "ruhun nə olduğunu" izah etdi) spirallar sanki qəribəliklər və möcüzələrlə dolu kainata çəkib aparır.

Ən çoxsaylı və əyləncəli rəsm illüziyaları qrafik obyektə baxış istiqamətinin dəyişməsinə əsaslanır. Ən sadə çevrilən rəsmləri sadəcə olaraq 180 və ya 90 dərəcə fırlatmaq lazımdır.

90 dərəcə fırlatmaqla, qurbağa ata çevrilir.

Qocalar/meksikalılar
Ahıl cütlük yoxsa gitarada ifa edərək oxuyan meksikalılar? Əksəriyyət əvvəlcə qocaları görür, amma yalnız sonra onların qaşları sombreroya, gözləri sifətə çevrilir. Müəlliflik, bir neçə bu cür şəkillər çəkmiş meksikalı rəssam Oktavio Okampoya aiddir.

Belə ikili şəkillərin siyahısını sonsuzadək davam etdirmək olar:

Yuxarıdakı şəkildə əksər insanlar əvvəl hindinin üzünü görür, amma artıq sonra sol tərəfə nəzər yetirir və xəz paltoda siluet görürlər. Aşağıdakı şəkil hər kəs tərəfindən adətən qara pişik kimi izah edilir və yalnız sonra onun konturlarında siçan görünür.

Boz kvadratlar
Rənglərin optik illüziyası – görmə yalnışlığının ən məşhur növlərindən biridir. Bəli-bəli, A və B kvadratları eyni rəngdədir.

Belə hiylə beynimizin işləmə xüsusiyyətləri sayəsində mümkündür. B kvadratına kəskin sərhədləri olmayan kölgə düşür. O, daha tünd “mühit” və kölgənin hamar qradiyenti sayəsində A kvadratından olduqca çox açıq görünür.

Yaşıl spiral
Bu şəkildə cəmi üç rəng var: çəhrayı, narıncı və yaşıl.

İnanmırsınız? Çəhrayı və narıncı rəngləri qaraya dəyişsək, görün nə alınacaq.

Qarşılarında divarın yoxsa gölün durduğunu heç cür qərar verə bilməyən milyonlarla istifadəçini çətinə salan başqa bir foto şəkil.

Aşağıdakı şəkildə itən dairələr göstərilib, yəni fikir versəniz görəcəksiniz ki, burada dairələr gözümüzün hərəkətinə cavab verir.

Dizaynda optik illüziyalar
Görmə yalnışlığı öz evinə mükəmməl xırdalıq (ləzzət) vermək istəyənlər üçün təsirli mübahisə ola bilər. Dizaynda çox tez-tez «mümkünsüz fiqurlar» tətbiq edilir.
Mümkünsüz üçbucağın sanki kağızda qalması görünürdü. Amma yox, Valensiyadan olan dizayner studiyası onu möhtəşəm minimalist vaza şəklində əbədiləşdirdi.

Qeyri-mümkün tridentdən (Trident (üç dişli) güclü simvol, eləcə də möhkəm silah və alətdir. Sadə dillə desək, trident üçbucaqlı nizədir) ilhamlanan kitab rəfi. Müəllif – norveçli dizayner Byorn Blikstad.

İohann Söllnerin (1834-1882) ən məşhur optik illüziyalarından biri – paralel xətlərindən ilhamlanan daha bir rəf. Bütün rəflər bir-birinə paraleldir, əks halda belə şkafın nə faydası olardı, lakin hətta belə bir rəfi çoxdan əldə edənlər üçün maili xətlərin təəssüratından qurtulmaq çətindir.

Eyni nümunədən «Söllner xalçasının» yaradıcıları da ilhamlandı.

Qeyri-adi əşyalar sevən insanları Kris Daffinin düzəltdiyi stul maraqlandırır. Onun yalnız ön ayaqlarına dirəndiyi görünür. Lakin, əyləşməyə cəhd etsəniz, başa düşəcəksiniz ki, stulun əks etdirdiyi kölgə onun əsas dayağıdır.

Axırda istərdik ki, video çarxda nümayiş etdirəcəyim “Qorxulu üzlər” illüziyasına nəzər yetirəsiniz. Mərkəzdəki oxa uzun müddət baxsanız, periferik görmə məşhurların üzlərini qorxulu şəkildə təhrif edəcəkdir.