Ulya

Ulya Mətbəx 4-08-2017, 20:10

Ərikli "flüger"

Ərikli "flüger"
Ərikli "flüger"


Tərkibi:

500 q hazır yağlı xəmir (mayasız)
təzə, yaxud konserv ərik
cem, pavidla (istəyə görə)

Xəmiri 3 mm qalınlıqda yayın. 10x10 sm ölçüdə kvadratlar kəsin. Şəkildə göstərilən qaydada kənarlarını çərtin. Küncləri ortaya doğru qatlayıb, bərkidin (sanki flüger düzəldirsiniz).

Sinini yağlayın, yaxud içinə perqament döşəyin. Xəmirdən düzəltdiyiniz fiqurları içinə düzün. Üzərinə azca cem, pavidla çəkin (bunun əvəzinə azca şəkər tozu səpmək olar). Ərikləri yarı bölüb hər "flüger"in ortasına qoyun.

180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
608 683 605 600 542 580

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.