Ulya

Ulya Mətbəx 7-08-2017, 23:50

Yunan üsulu yay salatı

Yunan üsulu yay salatı
Yunan üsulu yay salatı


Tərkibi:
1 ədəd xiyar
2 ədəd pomidor
1 ədəd bolqar bibəri
1 ədəd qırmızı baş soğan
brınza pendiri
qurudulmuş reyhan
zeytun yağı
duz
istiot
bir neçə ədəd qara zeytun

Hazırlanması:
Xiyarın qabığı soyulur. Dairəvi şəkildə doğranılır. Pomidorlar dörd yerə dilimlənir. Qırmızı soğan təmizlənir və nazik halqalar şəklində doğranılır. Bolqar bibəri tumlarından təmizlənərək xırda kubiklər şəklində doğranılır. Brınza pendirinin bir hissəsi iki yerə kəsilir. Xiyarlar, bibər və pomidorlar qarışdırılır, duz və istiot əlavə edilərək boşqaba yerləşdirilir. Üzərinə doğranmış qırmızı soğan, zeytunlar və pendir əlavə edilir. Salata zeytun yağı vurulur. Qurudulmuş reyhan səpilir. Hazırdır! Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
663 694 646 634 662 667

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.