Boreç

Boreç Şeirlər 24-02-2024, 15:00

Cənnətdə qovuşmaq ümidi ilə.....

Cənnətdə qovuşmaq ümidi ilə.....
Əl açıb Allah'ımdan istədim səni.
Dedi ki vermərəm mələyimi ələ.
Dedim vermirdinsə niyə sevdirdin¿
Dedi bildiyim var bir az səbr elə.
Dedim ki Allah'ım çətindir axı, verim bu sevgini biraz sən daşı.
Dedi müqəddəsdir mənim adım tək, sevginin uğrunda axıt göz yaşı.
Dedim ki Allah'ım günahdı axı bəzən ondan ötrü səndən küsərəm.
Dedi sevgiyə olan günahı qorxma, ayağından özüm silərəm.
Dedim onu məndən alır özgələr, bu da sən yazdığın bir qismətimdi.
Dedi sizi ayırsada döngələr, mənim dərgahımda yenə sənindi.
Mənim dərgahımda, yenə sənindi....

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
436 465 451 438 392 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.