Acıçəkən..

Acıçəkən..


Eskisi kadar özlemiyorum seni, Ve ağlamıyorum olduk olmadık zamanlarda.. Adının geçtiği cümlelerde, gözlerim dolmuyor.. Yokluğunun takvimini tutmuyorum artık. Biraz yorgunum..
Biraz kırgın.. Biraz da kirletti sensizlik beni ! Nasıl iyi olunur henüz öğrenemedim ama “İyiyimler” yamaladım dilime. Tedirginim aslında, seni unutuyor olmak,
Hafızamı milyon kez zorlamama rağmen yüzünü hatırlayamamak korkutuyor beni..
Gel diye beklemiyorum artık,
Hatta istemiyorum gelmeni..
Nasıl olduğun konusunda ufacık bir merak yok içimde.
Arasıra geliyorsun aklıma, banane diyorum
Benim derdim yeter bana banane !
Alıştım mı yokluğuna ?
Vaz mı geçiyorum, varlığından ?
Tedirginim aslında,
Ya başkasını seversem ?
İnan o zaman seni hayatım boyunca affetmem..





Bəzi adları eşitmək can incidər. Bəzi mahnıları dinləmək, bəzi yollardan keçmək, bəzi nağılları kənardan izləmək can incidər. Keçmişdə qalmasını qəbul etmək çətindir bəzi adların. Bu adlar ağladar, bu adlar xoşbəxt edər, bu adlar ağıla gələr, bu adlar vurar gedər. Bəzi içkilər can incidər. Bəzi içkilər qanadar, bəzi içkilər ən azı '' darıxdım '' ilə içilməlidir. Bəzi adlar və bəzi içkilər birlikdə tükətilməməlidir. Çünki, bəzi içkilər bitər amma, o adlar bitməz. Ürəyə ayıqkən yazılıblar, sərxoşkən silinməzlər..




Bir Qadının yanağındakı hər damlada böyük bir acı yatır. Və bir Qadın, yorulduğunu hiss etdiyi an sevgidən uzaqlaşır. Yanlış bir qəlbdə xəyalını qurduğu hüzuru axtarıb tapmamaqdansa, tənhalığa sarılır. Çünki tənhalıq xəyanət etməz. Tənhalıq aldatmaz. Tənhalıq getməz. Tənhalıq daima onunladır. Tənhalığa alışan bir Qadını yenidən sevgiyə inandırmaq, sonu olmayan bir quyunun ortasında qalmaq kimidir. Bəlkə də çıxış yolu güvəndir. Sadiq qalmaqdır, yalanlardan uzaqlaşmaq, onun safca saçlarını oxşamaqdır. Yanağındakı göz yaşlarına toxunub "bunların səbəbi əsla olmayacam" deyə bilməkdir..




Bilirsən çox intaharım oldu mənim. Bilək kəsmək, dərman içmək yox onları unut. Mən qurduğum xəyalları doğradım, mən arzularımı sən yoxsan deyə basdırdım. Ömrümə fatihə verdim gələcəyini gözləyə gözləyə. Mən özümü saatın əqrəbindən asdım sən gələrsən deyə. Gəldiyin an dünya dayansın deyə dedim. Amma gəlmədin...




Atan gedərsə uşaqlığın damı çat-çat çatlayar. Atan gedərsə səadətin gedər, nağıllardakı balaca quzular gedər. Gedərsə atan doğulub böyüdüyün ev gedər. İşdən evə gələrkən əlində portağal və çörək almağını gözlədiyin pəncərələr gedər. Oturduğu stol boynu bükük qalar kürəyinə attığı jaket kimsəsiz qalar. Baci-qardaşının gülüşü gedər atan gedərsə. Gözündən belə saxladığı o ananın uzun qara kirpiklərinin kölgəsi gedər atan gedərsə. Və iki heca silinər əlifbadan "Ata" artıq heç söyləyə bilməyəcəyin o iki heca.




Ayrılmaq zamanı çatmışdı. Adam qadının qolundan tutaraq ona yaxınlaşıb sakitcə pıçıldadı. Gözlərində həyatı görmüşdüm, görməz olaydım...




Bax qadın sadə öz həyatını yaşayan bir adam idim. Sevgisiz qayğısız bir insan. Söz vermişdim sevgiyə yer ayırmıycam həyatımda. Sonra sən gəldin həyatıma. Sanki heç yağış görməyən Ərəbistan səhrası kimi dirçəldin məni. Ən sadələrdən başlayım. Səhər yemək yeməzdim, duran kimi ard arda bir neçə siqaret çəkib günortaya kimi fırlanardım. Bir növ canıma qəsd kimi. Sonra sən gəldin. Geyim tərzim, saç düzümüm belə dəyişdi. Özümə qayğı göstərməyə başladım. Sənə güvəndim, səninlə sabahlara ümüdlə baxdım. Çünki sən Qadın dəyişdin həyatımı yaşayışmı. Çəkinmədən ətrafımda hər kəsə səndən bəhs etdim, sınmış bir ağaca calağ kimi oldun sanki. Sevdim, itirməkdən qorxdum. Hər gün şəkillərinə baxıb Tanrıdan səni dilədim, hər səhər səninlə sabahladığımçun, Allahıma min şükür etdim. Yaxşı ki varsan can param. Sənə xoşbəxt ol demiycəm, xoşbəxt et deyəcəm. Çünki sən xoşbəxtliyin özüsən.




Olmayınca dəyişir insan. Suskunlaşır. Gülüşü itir, öncə gözlərindən, sonra üzündən daha sonra dodaqları belə gülüş üçün tərpənmir. İnsanları eşidir amma dinləmir artıq. Həyata baxır amma görmür heçnə. Çünki Günəşi sönmüş olur..
Başqalarına xitab edərkən tez-tez onun adından istifadə edir. Ya da onu çağırdığı andan. Sonra birdən yuxudan ayılır sanki.. Ağlıyır.. Ağlıyır.. Ağlıyır..




Bəzən hissetdirməzsən ətrafındakılara həyatında baş verənləri. Ama tək qaldığında hərşeyi hesab verirsən özünə. Və əgər yalnızlığın böyükdürsə hesabların da böyük olar..




İnsan bir müddət boşluğa düşür. Yəni tərk edilişdən sonraki o boşluq, o dibsiz bir quyuda tək başınıza qalırsınız. Uzun bir müddət orda qaldığınız üçün kiminsə sizi qurtarmasını, sizi o çuxurdan çəkib-çıxartmağını istəyirsiniz. Və bu uzun müddətdən sonra, ən nəhayətində təpədən-dırnağa qaranlığa çevrilmiş o quyunun üzərində bir işıq közərtisi görünər, susuz bir adamın damlaya həsrət və ac olduğu kimi, atarsınız özünüzü o işartının qollarına. Sizi o zülmət qaranlıqdan qurtaracağını düşünərsiniz amma elə olmayacaqdır. Sonunuz necə olacaq bilirsiniz? Əlinizdən tutub sizi qaldırdığını zənn ettiyiniz o şəxs sizi təkrar aşağılara itəliyəcək və əmin olacağsız ki, hamısı eyni adamdı. Amma öyrəşəcəksiniz necə ki, yıxıla-yıxıla yeriməyi, qaçmağı öyrəndiniz, eləcə də ağlaya-ağlaya da ağrılarla başa çıxmağı öyrənəcəksiniz. tələsməyin...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
662 666 574 606 638 522

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.