ice berg

ice berg İslam Dini 13-04-2025, 10:00

Kümeyl duası nədir, kimə məxsusdur?

Kümeyl duası nədir, kimə məxsusdur?

Kümeyl duası İmam Əli ibn Əbutalibin (ə) öz sadiq səhabəsi Kümeyl ibn Ziyad Nəxəiyə öyrətmiş olduğu məşhur duadır. Bu duanın vəhy mələyi Cəbrail (ə) tərəfindən Həzrət Xızr Peyğəmbərə (ə) öyrədildiyi, Həzrət Xızr (ə) tərəfindən də İmam Əliyə (ə) ötürüldüyü rəvayət olunur. Dərin irfani məzmunlu Kümeyl duasının həcmi böyükdür. Bu duada əsasən Allahın gözəl adları və sifətləri sadalanır, Allah bu adlara and verilərək ondan günahları bağışlaması istənilir. Kümeyl duası Allah-bəndə münasibətlərinin, Allah qarşısında insanın öz yerini bilməsinin və Allaha təvəkkül etməyin nümunəsi sayılır. Bu duanı şəban ayının ortasında oxumağın xüsusi savabı vardır. Ənənəyə görə müsəlmanlar məsciddə qrup halında Kümeyl duasını oxuyurlar.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
312 249 282 308 244 276

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.