ice berg

ice berg İdman 19-04-2025, 16:00

Alonsodan yayda "Real"ın baş məqşçi olacağı ilə bağlı şayiələrə CAVAB

Alonsodan yayda "Real"ın baş məqşçi olacağı ilə bağlı şayiələrə CAVAB

"Bayer"in baş məşqçisi Xabi Alonso cari mövsümün sonunda "Real"a keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, Alonso bu barədə danışmağın hələ tez olduğunu deyib:

“Bizim üçün bu (Real Madrid haqqında şayiələr) əhəmiyyətsizdir. Bütün diqqətimizi mövsümün qalan hissəsinə yönəltmişik. Mövsümün hələ bitmədiyini xatırlamaq vacibdir. Daha beş liqa oyunumuz var və bunu xatırlamalıyıq. Gələcək haqqında danışmağa ehtiyac yoxdur. Konsentrasiyanı itirmək pisdir. Bu mövzu indi vacib deyil. Mən spekulyasiya, şayiələr və ya gələcək haqqında çox danışmaq istəmirəm”.

Qeyd edək ki, mətbuatda Alonsonun müşavirinin artıq Los Blancos təmsilçiləri ilə danışıqlar apardığı yazılıb. “Bayer” ispan məşqçinin cari mövsümün sonunda klubu tərk edə biləcəyini gözləyir.

Mətbuat dəfələrlə "Real"ın Alonsoya marağı barədə xəbərlər yayıb. Bu söz-söhbətlər "ağ-qaralar" Çempionlar Liqasını 1/4 final mərhələsində tərk etdikdən sonra daha da güclənib. Hazırda İspaniya yığmasının baş məşqçisi Karlo Ançelottinin klubdakı gələcəyinin müəyyənləşmədiyi vurğulanır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
218 231 229 182 244 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.