ice berg

ice berg İdman 26-04-2025, 19:00

“Barselona” yeni mərkəz müdafiəçisi alır - RAZILAŞDILAR

“Barselona” yeni mərkəz müdafiəçisi alır - RAZILAŞDILAR

“Bayer Leverkusen” klubunun mərkəz müdafiəçisi Conatan Ta bir neçə həftədir ki, yay transferi ilə bağlı “Barselona” ilə şifahi razılığa gəlib.

 

Loading.aZ xəbər verir ki, daha əvvəl 29 yaşlı alman futbolçu mövsümün sonunda “Bayer”dən ayrılacağını açıqlayıb. O, klubu ilə yeni müqaviləyə razılıq verməyib. 

 

Məlumata görə, Kataloniya klubuna keçid hələ indiki mərhələdə tamamlana bilmir. Hələlik tərəflər arasında şifahi razılaşma olsa da, heç nə imzalanmayıb.


“Real Madrid” və “Bavariya” da Tanın diqqət mərkəzindədir. Əgər komandaya yayda “Bayer”in hazırkı baş məşqçisi Xabi Alonso rəhbərlik edərsə, Madrid komandası ilə seçim aktual ola bilər. Futbolçu ilə məşqçi arasında yaxın münasibət var.

 

Conatan Ta 2015-ci ildə “Bayer”ə qoşulub. Bu müddət ərzində o, 398 oyun keçirib, 17 qol vurub və 13 məhsuldar ötürmə edib. Bu mövsüm Ta 45 oyunda iştirak edib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt-a görə, onun bazar dəyəri 30 milyon avrodur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 205 199 214 205 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.