AzizA

AzizA İdman 4-05-2025, 22:30

"Bavariya" çempion oldu, Keyn karyerasında ilk kubokunu qazandı

"Bavariya" çempion oldu, Keyn karyerasında ilk kubokunu qazandı

Almaniya Bundesliqasının 32-ci turunda "Frayburq" "Bayer Leverkuzen"lə 2:2 hesabı ilə heç-heçə edib.

Bu nəticədən sonra "Bayer" lider "Bavariya"ya çatmaq şansını itirib.

Beləliklə də, bütün komandalar üçün əlçatmaz olan Münhen klubu 34 qat Almaniya çempionu adını qazanıb.

Vensan Kompaninin komandası çempionatın bitməsinə iki tur qalmış Xavi Alonsonun yetirmələrini 8 xal qabaqlayır.

Qeyd edək ki, "Bavariya"nın çempionluğu ilə komandanın 31 yaşlı forvardı Harri Keyn də karyerasında ilk dəfə kubok qazanıb. Almaniya çempionatının hazırkı mövsümündə o, 29 oyun keçirib, 24 qol vurub və 8 məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 233 185 204 207 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.